Xəzər Xəbər

“Trabzonspor” və “Gənclərbirliyi” görüşündə qalib müəyyənləşməyib

İdman | 09:14 • 16 Sentyabr 2019
“Trabzonspor” və “Gənclərbirliyi” görüşündə qalib müəyyənləşməyib

Sentyabrın 15-də futbol üzrə Türkiyə Superliqasının IV turu çərçivəsində keçirilən görüşdə "Trabzonspor” doğma meydanda "Gənclərbirliyi”ni qəbul edib.


Xezerxeber.az xəbər verir ki, "Medical Park Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşdə hesabı 17-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Filip Novak açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Boqdan Stancunun vurduğu qol sayəsində hesabı bərabərləşdiriblər. Birinci hissə elə bu hesabla bitib.


İkinci hissənin 57-ci dəqiqəsində "Gənclərbirliyi”nin müdafiəçisinin kobud oyununa görə onbir metrlik cərimə zərbəsi təyin olunub. Aleksander Sorlot bu penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 85-ci dəqiqəsində "Gənclərbirliyi”nin yarımmüdafiəçisi Stefan Sesseqnon komandasını məğlubiyyətdən xilas edib. Görüş elə bu hesabla bitib - 2:2. Beləliklə "Trabzonspor” və "Gənclərbirliyi” qarşılaşmasında qalib müəyyənləşməyib.


Turun digər oyunlarından olan "Rizəspor” və "Göztəpə” qarşılaşmasında qapılara qol vurulmayıb. "Yeni Malatyaspor” isə səfərdə "Ankaragücü”nün qapısından dörd cavabsız qol keçirib. Bundan başqa "Denizlispor” doğma meydanında "Konyaspor”a məğlub olub.


Bu oyundan sonra "Trabzonspor” çempionatda 6 xalla 8-ci pillədə qərarlaşıb.


Turun son oyunu "Alanyaspor” və "Fənərbağça” qarşılaşması sentyabrın 16-da keçiriləcək.

Xəbər lenti