Xəzər Xəbər

Kriştiano Ronaldo yeni rekord müəyyən edib

İdman | 13:27 • 11 Sentyabr 2019
Kriştiano Ronaldo yeni rekord müəyyən edib

"Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində ötən gün oynanılan Litva-Portuqaliya (1:5) qarşılaşması məşhur futbolçu Kriştiano Ronaldo üçün əlamətdar olub.


Xezerxeber.az xəbər verir ki, səfər matçında rəqib qapısına dörd dəfə yol tapan Portuqaliya millisinin kapitanı Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 24-ə çatdırıb. Kriştiano Ronaldo bu göstərici üzrə irlandiyalı Robi Kini qabaqlayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 23 qolu olan Robi Kinin rekordu səkkiz ildir yenilənmədən qalırdı.


Otuz dörd yaşlı futbolçu Portuqaliya millisinin heyətində 159 oyunda 93 dəfə fərqlənib.


Avropada milli komandanın heyətində ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur – 176 dəfə.

Xəbər lenti