Xəzər Xəbər

Ronaldo tarixin ən bahalı müqaviləsini imzaladı

İdman | 12:06 • 11 Sentyabr 2019
Ronaldo tarixin ən bahalı müqaviləsini imzaladı

"Yuventus"un ulduzu Kriştiano Ronaldonun "Nike" ilə imzaladığı yeni sponsorluq müqaviləsinin detalları açıqlanıb.


"Football Leaks" xəbər verir ki, "Instagram", "Facebook" və "Twitter"də 270 milyon izləyicisi olan portuqaliyalı futbolçu 6 illik müqavilə qarşılığında 162 milyon avro birdəfəlik ödəməyə sahib çıxıb.


Bundan başqa Ronaldo "Qızıl top"u qazansa 4, "Yuventus" Çempionlar Liqasının qalibi olsa 5, özü turnirin bombardiri ola bilsə 1 milyon avro mükafat alacaq. Bu və digər bonuslarla onun 6 illik qazancı 200 milyon avroya yüksələcək. Bu isə tarixin ən bahalı sponsorluq müqaviləsidi.


Qeyd edək ki, 11 sponsoru olan Ronaldo 20 fərqli məhsulun reklamlarında rol alır. 5 dəfə Çempionlar Liqasını və 5 dəfə "Qızıl top"u qazanan futbolçunun "Instagram"da bir paylaşımının qiyməti 1 milyon dollara yaxındı.


Fanat.Az

Xəbər lenti