Xəzər Xəbər

Ronaldo ən sürətli hücumçu oldu

İdman | 10:46 • 8 Sentyabr 2019
Ronaldo ən sürətli hücumçu oldu

"Yuventus"un portuqal ulduzu Kriştiano Ronaldo bu mövsüm A seriyasının ən sürətli hücumçusudur.

Onun göstəricisi saatda 34,62 km-ə çatıb. Ronaldodan öndə olan yeganə oyunçu isə yalnız "Napoli”nin müdafiəçisi Kostas Manolasdır (saatda 35, 41 km).

Sıralamada sonrakı yerləri "Torino”nun hücumçusu Simeone Dzadza (saatda 34,56 km), "Roma”nın müdafiəçisi Canluka Mançini (saatda 34,46 km) və "Atalanta”nı müdafiəçisi Berat Qimşitidir (saatda 34,26 km).

Xəbər lenti