Xəzər Xəbər

Messi “Barselona”dan gedir?

İdman | 10:42 • 8 Sentyabr 2019
Messi “Barselona”dan gedir?

"Messi 2020/21 mövsümündən sonra karyerasını başa vura, yaxud başqa kluba keçə bilər. Bənzər şərtlər Xavi, İnyesta və Karlus Puyolun müqavilələrində də vardı. Amma mən narahat deyiləm. Çünki Messi "Barselona”ya o dərəcədə sadiqdir ki, başqa komandada çıxış edə bilməz. Onun 2020/21 mövsümünün sonunda müqaviləsi yekunlaşanda "Barselona”da qalacağına şübhə etmirəm”

Bunu "Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Messi ilə bağlı danışarkən deyib.

Daha öncə ispan KİV-lərinin yaydığı xəbərə görə, gələn mövsüm Messi "Barselona” ilə müqaviləni ləğv edərək Argentinanın "Nyuells Old Boys” komandasına keçmək haqda düşünür.

Xəbər lenti