Xəzər Xəbər

"Bavariya"nın futbolçusu Fransa klubunda

İdman | 18:01 • 23 Avqust 2019
"Bavariya"nın futbolçusu Fransa klubunda

"Bavariya"nın yarımmüdafiəçisi Renatu Sanşeş "Lill"ə keçir.


Yaxın saatlarda Sanşeşin tibbi müayinədən keçəcəyi və "Lill"lə 5 illik müqaviləyə imza atacağı bildirilir. Transfer fransız klubuna 20 milyon avroya başa gələcək. Bu, "Lill" üçün rekord məbləğdi.


2018-19 mövsümündə portuqaliyalı futbolçu Bundesliqada 17 matçda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Fanat.az

Xəbər lenti