Xəzər Xəbər

Riberi İtaliya klubunda

İdman | 10:31 • 21 Avqust 2019
Riberi İtaliya klubunda

İtaliyanın "Fİorentina" klubu"Bayern"dən ayrılan Frank Riberi ilə anlaşıb.

"Sky Italia" xəbər verir ki, "bənövşəyilər" 36 yaşlı yarımmüdafiəçi ilə 2 illik razılığa gəlib. Riberi bu müddətdə 4 milyon avro maaş alacaq. Daha 500 min avro məvacib bonus şəklində ödənilə bilər.

Fransa millisinin sabiq üzvü "Brest", "Mets", "Qalatasaray", "Marsel" və "Bayern" kimi klublarda çıxış edib. Riberi 2007-ci ildən çıxış etdiyi Münhen təmsilçisində 425 oyuna 124 qol vurub, 182 assist edib.

Xəbər lenti