Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Məmmədəli Qasımov 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu adını qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məmmədəli Qasımovu yarışa boks üzrə məşqçi-müəllim Nurlan Məmmədov hazırlaşdırıb.