Xəzər Xəbər

Qurban Qurbanov: Bəzi epizodları saymasaq, komandanın çıxışından razı qaldım

İdman | 09:09 • 14 Avqust 2019
Qurban Qurbanov: Bəzi epizodları saymasaq, komandanın çıxışından razı qaldım

Təəssüf ki, uduzduq. İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik.


Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda Kiprin APOEL komandasına 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündən sonrakı mətbuat konfransında deyib. O, rəqibdən zəif çıxış etmələri ilə razılaşmayıb: "Bəlkə də biz oyuna fərqli baxırıq. Bəzi epizodları saymasaq, komandanın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu”


Qurbanov APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib: "Uduzmuşuqsa, rəqibi təbrik etməliyik”.


Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb: "Bir neçə epizodda baş hakim cərimə zərbəsini əks tərəfə verməli idi. Riçard Almeyda bir qədər emosional davrandı. Növbəti oyunumuzu Rahil Məmmədov da sarı vərəqə limitini doldurduğu üçün buraxmalı olacaq”.

Xəbər lenti