Xəzər Xəbər

“Qəbələ” – “Dinamo” oyununun vaxtı açıqlanıb

İdman | 11:10 • 19 İyul 2019
“Qəbələ” – “Dinamo” oyununun vaxtı açıqlanıb

"Qəbələ”nin Avropa Liqasının 2019/20 mövsümündə keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib.


Yarışa II təsnifat mərhələsindən başlayacaq "qırmızı-qaralar”ın Gürcüstan "Dinamo”su ilə ilk görüşünün start fitinin verilmə vaxtı dəqiqləşib.


İyulun 25-də Qəbələ şəhər stadionunda baş tutacaq oyun 19:00-da start götürəcək.


Qeyd edək ki, komandalar arasında cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.

Xəbər lenti