Xəzər Xəbər

Braziliya – Azərbaycan oyununun vaxtı dəqiqləşib

İdman | 10:28 • 8 İyul 2019
Braziliya – Azərbaycan oyununun vaxtı dəqiqləşib

Qadın voleybolçular arasında 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirin təqvimi açıqlanıb.


Azərbaycan yığmasının da oyunlarının vaxtı dəqiqləşib.


D qrupunda yer alan Covanni Kapraranın rəhbərlik etdiyi komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Voleybolçularımız ertəsi gün ev sahibi Braziliya ilə gücünü yoxlayacaq. Qrupda son matçda rəqib isə Kamerun yığması olacaq. Bu görüş avqustun 3-də baş tutacaq.


Qeyd edək ki, matçlar Braziliyanın Uberlandiya şəhərində keçiriləcək.


D qrupu

1 avqust

14:15. Braziliya – Kamerun

16:45. Dominikan Respublikası – Azərbaycan


2 avqust

14:15. Braziliya – Azərbaycan

16:45. Kamerun – Dominikan Respublikası


3 avqust

10:00. Braziliya – Dominikan Respublikası

12:30. Azərbaycan – Kamerun

Xəbər lenti