Xəzər Xəbər

"Latsio" Slovakiya millisinin üzvünü transfer etdi

İdman | 13:36 • 5 İyul 2019
"Latsio" Slovakiya millisinin üzvünü transfer etdi

İtaliyanın "Latsio" klubu yeni transferini açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Roma təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Denis Vavronu transfer edib. 23 yaşlı müdafiəçinin keçidi üçün 10,5 milyon avro təzminat ödənilib. Slovakiya millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vavro 2017-ci ildə "Jilina"dan "Kopenhagen"ə keçmişdi.

Xəbər lenti