İspaniyalı futbolçu David Silva 2019/2020 mövsümünün sonunda "Mançester Siti"dən ayrılacağını bəyan edib.
33 yaşlı yarımmüdafiəçi "Daily Mirror"a açıqlamasında bu barədəməlumat verib.
Silva karyerasını İspaniyanın "Las Palmas" klubunda bitirmək istədiyini deyib:"Çində oynamağı düşünmürəm. Karyeramı "La Palmas"da bitirməyi çox istəyirəm. Ancaq hazırda La Liqada deyillər. Nələr olacağını görəcəyik".
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2010-cu ildə "Valensiya"dan"Mançester Siti"yə keçib. Silva "şəhərlilər"də 396 oyuna 71 qol vurub, 129 assist edib.