Xəzər Xəbər

Konte rəhbərlikdən Alveşi tələb etdi

İdman | 16:45 • 25 İyun 2019
Konte rəhbərlikdən Alveşi tələb etdi

PSJ-dən ayrılan Braziliya millisinin üzvü Dani Alveş karyerasını İtaliyada davam etdirə bilər.

XəzərXəbər "France Football"a istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubunun yeni baş məşqçisi Antonio Konte rəhbərlikdən 35 yaşlı müdafiəçinin transferini istəyib. Milan təmsilçisinin braziliyalı müdafiəçiyə təklif göndərəcəyi xəbərdə qeyd edilib.

Alveş 2017-ci ildə "Yuventus"dan PSJ-yə keçmişdi. Braziliya millisinin üzvü Paris klubunda 73 oyuna 8 qol vurub, 18 assist edib.

Xəbər lenti