Xəzər Xəbər

"Barselona"nın transfer bombası

İdman | 11:58 • 18 İyun 2019
"Barselona"nın transfer bombası

PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçə bilər.


"Globo Esporyte" xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu hazırda sabiq futbolçusunun atası ilə danışıqlar aparır.


İddiaya görə, "Barselona" PSJ 100 milyon avro, həmçinin Osman Dembele, İvan Rakitiç və ya Samuel Umtitini təklif etmək niyyətindədi.


Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. O, 2017-ci ilin yayında PSJ-yə 222 milyon avroya transfer olunmuşdu.


Fanat.Az

Xəbər lenti