Xəzər Xəbər

Müller Çin klubunun fantastik təklifini rədd etdi

İdman | 14:57 • 17 İyun 2019
Müller Çin klubunun fantastik təklifini rədd etdi

Almaniyanın "Bayern" klubunda forma geyinən Tomas Müller Çindən fantastik transfer təklif alıb.

"Kicker" xəbər verir ki, Çin klublarından biri 29 yaşlı hücumçuya illik 25 milyon avroluq maaş təklif edib. Xəbərdə Müllerin təklifi rədd etdiyi qeyd edilib. 29 yaşlı futbolçu Çində oynamağın hələ tez olduğunu düşünür.

Almaniyalı futbolçunun Münhen klubu ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Müller ötən mövsüm 45 oyuna 9 qol vurub, 16 assist edib.

Xəbər lenti