Xəzər Xəbər

"Ayaks" Hakim Zieşin transfer qiymətini müəyyənləşdirdi

İdman | 17:46 • 16 İyun 2019
"Ayaks" Hakim Zieşin transfer qiymətini müəyyənləşdirdi

Hollandiyanın "Ayaks" klubu Avropanın iddialı klublarının transfer hədəfində olan Hakim Zieşin təzminat qiymətini müəyyənləşdirib.

Amsterdam təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin transferi üçün minimum 35 milyon avro tələb edir.

Klubun idman direktoru mərakeşli futbolçu yaxşı təklif gələcəyi halda, satacaqlarını deyib.

Zieş "Arsenal", "Liverpul" və "Roma" kimi klubların transfer hədəfindədir.

Mərakeş millisinin üzvü ötən mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

Xəbər lenti