Xəzər Xəbər

Lempard "Çelsi"yə dönür?

İdman | 15:06 • 12 İyun 2019
Lempard "Çelsi"yə dönür?

Maurisio Sarriylə yolları ayırmağa hazırlaşan "Çelsi" baş məşqçi axtarışındadır.

XəzərXəbər "Daily Mail"ə istinadən xəbər verir ki, London klubu yeni mövsümə Frenk Lempardla başlaya bilər. Klub rəhbərliyi Çempionşip təmsilçisi "Derbi"ni çalışdıran 40 yaşlı mütəxəssislə görüş keçirəcək.

Xəbərdə Didye Droqbanın Lempardın köməkçisi kimi çalışa biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Lempard 2002-2014-cü illərdə "Çelsi"də çıxış edib. O, 2018-ci ildən "Derbi"nin baş məşqçisidir. Lempardın komandası Premyer Liqaya vəsiqəni pley-off oyununda itirmişdi.

Xəbər lenti