Xəzər Xəbər

Türkiyəyə daha bir haqsızlıq: Bu dəfə Fransadan

İdman | 10:59 • 11 İyun 2019
Türkiyəyə daha bir haqsızlıq:

Türkiyədə himnimizin fitə basılması xoş olmayan bir olaydır, ancaq bu, Fransaya və bizim himnimizə olan hörmətsizlikdən gəlmir.

XəzərXəbər xəbər verir ki, bu açıqlama ilə Fransanın futbol üzrə milli komandasının baş məşqçisi Didye Deşam çıxış edib.

Deşam tamamilə haqsız olaraq bildirib ki, Türkiyədəki hər matçda hər ölkənin himni fitə basılır:

"Biz ölkələrin himnlərinə hörmət edilməsini gözləyirik, ancaq bu dəfə reallaşmadı, bu çox pis bir şeydir. Ümid edirəm ki, bundan sonra belə bir şeyə şahid olmarıq".

Qeyd edək ki, iyunun 8-də Türkiyənin Konya şəhərində keçirilən matçda qardaş ölkə millisi son dünya çempionu üzərində möhtəşəm qələbə (2-0) əldə edib.

Xəbər lenti