Xəzər Xəbər

Rafinya Braziliyaya qayıtdı

İdman | 13:54 • 10 İyun 2019
Rafinya Braziliyaya qayıtdı

Almaniyanın "Bayern"n klubundan ayrılan Rafinya vətəni Braziliyaya qayıdıb.

33 yaşlı müdafiəçi "Flamenqo” ilə müqavilə bağlayıb. Klub saytı müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Rafinya peşəkar karyerasına "Koritiba"da başlayıb. O, "Şalke" və "Cenoa" klublarında da çıxış edib. Braziliya millisinin sabiq üzvü 2011-2019-cu illərdə "Bayern"də çıxış edib.

Xəbər lenti