Xəzər Xəbər

Maurisio Poçettino: "Finalın favoriti "Liverpul"dur"

İdman | 16:35 • 24 May 2019
Maurisio Poçettino:

Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis finalda favorit olmadıqlarını deyib:

"Liverpul"un finalda favorit olduğunu deyə bilərik. Onlar mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başladı. Önəmli yatırımlar ediblər. Biz isə mövsümü ən yaxşı şəkildə başa vurmağı hədəflədik. Biz son iki transfer dönəmində oyunçu almamışıq. "Liverpul" qapıçı və müdafiəçi transferinə 140 milyon avro xərcləyib. Bunları unutmamalıyıq".

47 yaşlı mütəxəssis həlledici oyunda hisslərin ön planda olacağını bildirib:

"Hər kəs finalda taktiki savaş gözləyir. Məncə bu oyunda hisslər ön planda olacaq. Bir-birimizi yaxından tanıyan komandalarıq. Taktiki gedişlər sürpriz olmayacaq. Hisslər əsas faktor olacaq".

Poçettino tarix yaza biləcəklərinə inandığını söyləyib:

"Kimsə "Tottenhem"in finala yüksələcəyini gözləmirdi. Tarix yaza bilərik. Bu, öz əlimizdədir. "Mançester Siti"ni mübarizədən kənarlaşdırmaq və "Ayaks" qarşısında geri dönmək bizə güc verdi".

Argentinalı mütəxəssis finalda oynayıb-oynamayacağı bəlli olmayan Harri Keynin durumundan danışıb:

"Keyn önəmli futbolçudur, ancaq oynaması üçün 100 faiz hazır olmalıdır. Hazırda yaxşıdır və meydanda olacağını düşünürük".

Xəbər lenti