Xəzər Xəbər

38 yaşlı Adurislə müqavilə uzadıldı

İdman | 17:26 • 22 May 2019
38 yaşlı Adurislə müqavilə uzadıldı

İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, bilbaolular 38 yaşlı futbolçuyla müqavilənin müddətini 1 il uzadıb.

Aduris 11 mövsüm çıxış etdiyi "Atletik"də 390 oyuna 171 qol vurub.


Xəbər lenti