Xəzər Xəbər

Fransa klubundan "Trabzonspor"a 40 milyon avroluq təklif

İdman | 15:20 • 22 May 2019
Fransa klubundan

Fransanın "Lill" klubu "Trabzonspor"un iki futbolçusunu transfer etmək istəyir.


XəzərXəbər "Fanatik" qəzetinə istinadən xəbər verir ki, fransızlar Super Liqa təmsilçisindən Yusuf Yazıcı və Abdülkadir Ömürü hədəfə alıb.


"Lill"in bu yay forvardı Nikolas Pepeni satacağı gözlənilir. 23 yaşlı futbolçunu "Arsenal", "Mançester Yunayted" və "Bavariya" istəyir. Fransa klubu bu futbolçudan 80 milyon avro qazanmağı planlaşdırır.


"Lill" bu məbləğin 40 milyon avrosunu Yusuf Yazıcı və Abdülkadir Ömürün transferinə xərcləmək niyyətindədi.


Fanat.Az

Xəbər lenti