Xəzər Xəbər

“Yuventus” baş məşqçisi Massimiliano Alleqriyə yeni müqavilə təklif edib

İdman | 16:13 • 16 May 2019
“Yuventus” baş məşqçisi Massimiliano Alleqriyə yeni müqavilə təklif edib

İtaliyanın "Yuventus” futbol klubunun rəhbərliyi baş məşqçisi Massimiliano Alleqriyə yeni müqavilə təklif edib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni müqaviləyə görə, 51 yaşlı italiyalı mütəxəssisin müqaviləsi 2021-ci ilədək etibarlı olacaq.


Qeyd edək ki, Alleqri Turin klubundan hazırda illik 7,5 milyon avro məvacib alır. O, yeni müqavilədən imtina edirsə, "Yuventus”un rəhbərliyi "Latsio” klubunun baş məşqçisi Simone İnzagi ilə danışıqlara başlayacaq.

Xəbər lenti