Xəzər Xəbər

"Çelsi" İquaini istəmir, bəs "Yuventus"?

İdman | 15:38 • 16 May 2019
"Çelsi" İquaini istəmir, bəs "Yuventus"?

"Çelsi” Qonsalo İquaini mövsümün sonunda "Yuventus”a qaytaracaq.

Daily Mail xəbər verir ki, icarə müqaviləsinin şərtlərinə əsasən "zadəganlar” argentinalı hücumçunu transfer edə və ya onunla yeni icarə sazişi bağlaya bilər.

Lakin "Çelsi” yanvardan sıralarına qoşulan və çıxdığı 21 matçda 5 qol vuran Qonsalonun xidmətində maraqlı deyil.

"Yuventus”a gəlincə, turinlilər İquaini oynatmaq niyyətindən uzaqdı. İtaliya təmsilçisi 2 illik müqavilə müddəti qalan forvarda yeni klub axtaracaq.

Fanat.Az

Xəbər lenti