Xəzər Xəbər

Klub prezidenti: "Ronaldo Alleqridən çox göstəriş verir"

İdman | 14:38 • 15 May 2019
Klub prezidenti: "Ronaldo Alleqridən çox göstəriş verir"

"Napoli"nin prezidenti Aurelio De Laurentis Kriştiano Ronaldonun karyerasının "Yuventus" bölümündən danışıb.

Yerli mətbuata danışan futbol funksioneri portuqaliyalı superulduzun gəlişindən sonra Turin klubunun baş məşqçisi Massimiliano Alleqrinin səlahiyyətlərini əlindən aldığını bildirib:

"Ronaldo güclüdür, gələndən sonra sanki baş məşqçini əvəzlədi. Alleqri bu mövsüm nə etməli idi? Əsl motivator Ronaldodur. O, paltardəyişmə otağının lideridir. Millinin oyunlarında gördüm ki, o, ehtiyat oyunçular skamyasında əyləşib, baş məşqçidən çox göstəriş verir. Şəxsən mən heç vaxt onu transfer etməzdim. Çünki valideynlərim mənə belə yaşamağı öyrətməyiblər".

Fanat.Az

Xəbər lenti