Xəzər Xəbər

FİFA prezidenti “Qarabağ”ı təbrik edib

İdman | 15:04 • 14 May 2019
FİFA prezidenti “Qarabağ”ı təbrik edib

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan çempionu "Qarabağ"ı təbrik edib.


Qurum rəhbəri təbrikini AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla çatdırıb.


C.İnfantino beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ”ı Topaz Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Xəbər lenti