Xəzər Xəbər

Eden Hazard: "Transferlə bağlı qərarımı vermişəm"

İdman | 15:20 • 13 May 2019
Eden Hazard:

İngiltərənin "Çelsi" klubunun ulduzu Eden Hazard haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib.

XəzərXəbər xəbər verir ki, Belçika millisinin üzvü transferlə bağlı qərar verdiyini açıqlayıb: "Qərarımı bir neçə həftə əvvəl vermişəm və kluba məlumat vermişəm. Hər şeyə Avropa Liqasının finalından sonra aydınlıq gələcək".

Eden Hazardın adı Madrid "Real"ı ilə hallanır.

28 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər lenti