Xəzər Xəbər

“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya səfər ediblər

İdman | 15:06 • 13 May 2019
“Arsenal” və “Çelsi” klublarının təmsilçiləri Bakıya səfər ediblər

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı matçının iştirakçıları - "Arsenal” və "Çelsi” klublarının, eləcə də UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb.


AFFA-dan bildiriblər ki, mayın 15-dək davam edəcək səfər proqramında 20-yə yaxın nümayəndə Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların üzvlərinin məskunlaşacaqları otellərlə tanış olacaqlar.


Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.


Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Xəbər lenti