Xəzər Xəbər

Robben 200-ə çatdı

İdman | 16:56 • 12 May 2019
Robben 200-ə çatdı

"Bavariya”nın vingeri Aryen Robben Almaniya Bundesliqasında 200-cü oyununu keçirib.

Holland futbolçunun yubiley matçı Bundesliqanın 33-cü turuna – münhenlilərin "Leyptsiq”lə görüşə (0:0) təsadüf edib.

Daha öncə 35 yaşlı Robben mövsümün sonunda "Bavariya”dan gedəcəyini açıqlamışdı. O, 2009-cu ildən şərəfini qoruduğu klubun formasıyla bu mövsüm 11 çempionat oyununa çıxaraq 3 qol vurub.

Fanat.Az

Xəbər lenti