Xəzər Xəbər

Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir

İdman | 08:48 • 26 Aprel 2019
Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir

İspaniyanın "Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, 46 yaşlı fransalı mütəxəssisin komandada görmək istəmədiyi beş oyunçu var. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır. Zinəddin Zidan öz niyyətini yay transfer pəncərəsində həyata keçirmək fikrində olduğunu söyləyib.


Qeyd edək ki, Madrid təmsilçisi İspaniya çempionatında 64 xalla 3-cü pillədə qərarlaşıb. "Real” klubu lider "Barselona”dan 16 xal geridədir.

Xəbər lenti