Xəzər Xəbər

"Barselona"nın TRANSFER BOMBASI

İdman | 13:25 • 20 Mart 2019
"Barselona"nın

"Barselona" transfer çalışmalarını sürətləndirib.


Kataloniya klubunun heyətinə qatacağ ilk futbolçunun Luka Yoviç olacağı bildirilir. İddialara görə, "Barselona" 22 yaşlı serb futbolçu üçün 60 milyon avro təklif edib.


Bu futbolçu müqavilə ilə "Benfika"ya məxsus olsa da, Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda icarə əsasında çıxış edir. Almaniya mətbuatının məlumatına görə, serb hücumçunun satışından daha çox Bundesliqa klubu qazanacaq. Belə ki, müqaviləyə əsasən, "Ayntraxt" 2 il əvvəl 200 min avro qarşılığında icarəyə götürdüyü Yoviçin mövsümün sonunda 7 milyon avro ödəməklə transfer hüququnu əldə edə biləcək. Bundan sonra isə almanlar onu istədiyi kluba sata biləcək.


Qeyd edək ki, Yoviç bu mövsüm keçirdiyi 36 oyunda 22 qol vurub və 7 məhsuldar ötürmə edib. 21 yaşlı hücumçu 15 qolla Bundesliqanın bombardirlər yarşında 2-3-cü pillələri bölüşür. Onunla "Barselona"dan başqa, "Real", "Liverpul" və "Bavariya"nın da maraqlandığı deyilir.


Fanat.Az

Xəbər lenti