Xəzər Xəbər

"Barselona" bombardiri transfer edir

İdman | 16:46 • 12 Fevral 2019
"Barselona" bombardiri transfer edir

"Barselona" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda forma geyinən Luka Yoviçi heyətinə qatmağa yaxındı.


 Kataloniya klunu serb hücumçu anlaşma əldə edib. Luka Yoviç "Ayntraxt"da icarə əsasında çıxış edir və müqavilə ilə Portuqaliyanın "Benfika" klubuna məxsusdu. "Barselona" tezliklə portuqaliyalılarla danışıqlara başlayacaq.


21 yaşlı forvardı "Barselona"nın əzəli rəqibi "Real" da istəyir.


Qeyd edək ki, "Benfika" Luka Yoviçi 2516-cı ilə Cənubi Kiprin "Apollon" klubundan 6.6 milyon avroya alıb. 2017-ci ildən "Ayntraxt"a icarəyə verilən serb futbolçuya hazırda "Transfermark" 40 milyn avro qiymət qoyub. O, cari mövsümdə oynadığı 27 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib. Serbiya millisinin üzvü 14 qolla Bundesliqanın bombardirlər siyahısında ilk pillədə qərarlaşıb.


Fanat.Az

Xəbər lenti