Xəzər Xəbər

"Barselona"dan kralla bağlı şok qərar

İdman | 16:28 • 12 Fevral 2019
"Barselona"dan kralla bağlı şok qərar

"Barselona" İspaniya kralı, diktator Françisko Frankoya 1971-1974cü verdiyi şərəf medallarını geri alacaq.


Bu barədə klubun mətbuat katibi Yosep Vives məlumat verib.


Klub rəsmisi bildirib ki, İdarə Heyəti diktator Frankonun medallarının geri alınmasına qərar verib. Qərar klubun ümumi toplantısında səsverməyə çıxarıldıqdan sonra qüvvəyə minəcək.




Yosep Vives qeyd edib ki, bu məsələ ilk dəfə 2003-cü ildə gündəmə gəlib. Amma həmin vaxt müəyyən səbəblərdən qərar verilməyib.


Qeyd edək ki, diktator Franko 1939-1975-ci illərdə İspaniyaya rəhbərlik edib.


Fanat.Az

Xəbər lenti