Xəzər Xəbər

"Real" argentinalıya 120 milyon avro verir

İdman | 16:23 • 12 Fevral 2019
"Real" argentinalıya 120 milyon avro verir

"Real” Paulo Dibalaya görə "Yuventus”a 120 milyon avro ödəməyə hazırdı.

AS qəzeti xəbər verir ki, Madrid klubu Dibalanı yayda rənglərinə bağlamaq niyyətindədi. 25 yaşlı Dibalanın qiyməti aşağı da salına bilər. Belə ki, "Real”ın braziliyalı müdafiəçisi Marselo özü "Yuventus”a – Kriştiano Ronaldonun yanına yollanmaq arzusundadı. İspaniya təmsilçisinin idarəçiləri isə bu məqamdan faydalanmağı planlaşdırır.

Bu mövsüm turinlilərin forması ilə 28 oyuna çıxan argentinalı 7 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, daha öncə İtaliya mətbuatı Dibalanın "Yuve"dəki durumundan razı olmadığını, klub bosslarının onunla vidalaşmağı, əvəzinə "Liverpul"dan Məhəmməd Salahı transfer etmək istədiklərini yazmışdı.

Fanat.Az

Xəbər lenti