Xəzər Xəbər

Dünyanın ən çox gəlir əldə edən futbolçuları açıqlandı Dodaquçuqladan rəqəmlər

İdman | 15:48 • 12 Fevral 2019
Dünyanın ən çox gəlir əldə edən futbolçuları açıqlandı

Fransanın "L'Equipe" nəşri Avropada fəaliyyət göstərən və aylıq ən çox maaş alan 10 futbolçunun siyahısını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, siyahıya argentinalı ulduz Lionel Messi başçılıq edir. İlk üçlüyü Kriştiano Ronaldo və Antuan Qrizmann tamamlayır.

Siyahıda "Barselona" futbolçuları üstünlük təşkil edir.

1. Lionel Messi (Barselona) - 8.3 milyon avro

2. Kriştiano Ronaldo (Yuventus) - 4.7 milyon avro

3. Antuan Qrizmann (Atletiko) - 3.3 milyon avro

4. Neymar (PSJ) - 3.06 milyon avro

5. Luiz Suarez (Barselona) - 2.9 milyon avro

6. Qaret Beyl (Real Madrid) - 2.5 milyon avro

7. Filip Koutinyo (Barselona) - 2.3 milyon avro

8. Aleksis Sançes (Mançester Yunayted) - 2.28 milyon avro

9. Kilian Mbappe (PSJ) - 1.73 milyon avro

10. Məsut Özil (Arsenal) - 1.6 milyon avro

Xəbər lenti