Xəzər Xəbər

Şenol Günəş millidə nə vaxt işə başlayacaq?

İdman | 15:30 • 12 Fevral 2019
Şenol Günəş millidə nə vaxt işə başlayacaq?

Türkiyə millisi baş məşqçisi Mirça Luçesku ilə yolları ayırıb.

Federasiya millini müvəqqəti olaraq Tayfur Havutçuya tapşırıb. 48 yaşlı mütəxəssis yığmanı AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Moldova milliləriylə görüşə çıxaracaq.

Federasiya ilə anlaşan Şenol Günəşin "Beşiktaş"la müqaviləsi mayın 31-də başa çatacaq. 66 yaşlı mütəxəssis iyunun 1-də Türkiyə millisində fəaliyyətə başlayacaq. Təcrübəli mütəxəssis yığmanı iyunun 8-də Fransa ilə görüşə çıxaracaq.

Şenol Günəş daha öncə 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. O, "ay-ulduzlular"a 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazandırmışdı.

Xəbər lenti