Xəzər Xəbər

AFFA milliyə baş məşqçi təyin edəcək Bu gün

İdman | 16:04 • 11 Fevral 2019
AFFA milliyə baş məşqçi təyin edəcək

İclas saat 18:00-da başlayacaq

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1.Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

2.Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi

3.Digər məsələlər

İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb.

Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Xəbər lenti