Xəzər Xəbər

İspaniya La Liqasının 23-cü turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:48 • 11 Fevral 2019
İspaniya La Liqasının 23-cü turunun növbəti oyunları keçirilib -

Fevralın 10-da İspaniya La Liqasının 23-cü turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Barselona" səfərdə "Atletik Bilbao" komandasının qonağı olub. Gərgin keçən görüşdə hesab açılmayıb.


Qeyd edək ki, cari mövsümdə Katalonya təmsilçisi ardıcıl olaraq ikinci dəfə heç-heçə edir. İyirmi ikinci turda "Barselona" "Valensiya" qarşılaşması bərabərliklə başa çatıb (2:2). "Barselona"nın əzəli rəqibi "Real Madrid" isə fevralın 9-da "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Görüş "kral" klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:


"Real Valladolid" - "Villyareal" - 0:0;


"Xetafe" - "Selta Viqo" - 3:1;


"Espanyol" - "Rayo Vallekano" - 2:1;


"Girona"-"Hueska" - 0:2;


"Leqanes"-"Real Betis" - 3:0;


"Valensiya"-"Real Sosyedad" - 0:0;


"Sevilya"- "Eybar" - 2:2.

Xəbər lenti