Xəzər Xəbər

İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 08:59 • 10 Fevral 2019
İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçirilib -

Fevralın 9-da İngiltərə Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri "Liverpul" doğma azarkeşlər önündə "Bormunt" klubunu qəbul edib. Görüş "Liverpul”un böyük hesablı qələbəsi ilə başa çatıb (3:0). Yurqen Klopun yetirmələrinin heyətində Sadio Mane (24), Jorginyo Veynaldum (34) və Məhəmməd Salah (48) fərqləniblər. Bu qələbə sayəsində "Liverpul" xallarını 65-ə çatdıraraq liderliyini qoruyub saxlayıb, "Bormunt" isə 33 xalla 11-ci yerdə qərarlaşıb.

Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

"Kristal Palas" - "Vest Ham" - 1:1;

"Haddersfild" - "Arsenal" - 1:2;

"Samphenton" - "Kardiff Siti" - 1:2;

"Vatford" - "Everton" - 1:0.

Qeyd edək ki, tura fevralın 10-da "Tottenhem" - "Lester Siti", "Mançester Siti" - "Çelsi" və "Volverhemton" - "Nyukasl Yunayted" oyunları ilə yekun vurulacaq.

Xəbər lenti