Neymarın transferi "Barselona"nın gündəmində deyil.
Bu barədə klubun prezidenti Yosep Maria Bartomeu açıqlama verib.
"İndidən gələn mövsüm üçün hazırlıqlara başlamışıq. Ancaq Neymar transfer siyahımızda yoxdu" deyə klub rəhbəri braziliyalı futbolçunun dönüşü ilə bağlı xəbərləri təkzib edib.
Qeyd edək ki, "Barselona" Neymarı PSJ-yə 222 milyon avroya satıb.
Fanat.Az