Xəzər Xəbər

“Sevilya” klubu Avstriya millisinin müdafiəçisini heyətinə qatıb

İdman | 16:25 • 12 Yanvar 2019
“Sevilya” klubu Avstriya millisinin müdafiəçisini heyətinə qatıb

İspaniyanın "Sevilya” futbol klubu Avstriya millisinin müdafiəçisi Maksimilian Veber ilə müqavilə imzalayıb.


Xezerxeber.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Hollandiyanın "Ayaks” klubundan "Sevilya”ya 10 milyon 500 min avro qarşılığında transfer olunub.


Avstriyalı futbolçu "Ayaks” komandasının heyətində bu il 14 oyun keçirib. Veber 2018-ci ildə dünya çempionatının seçmə mərhələsində Avstriya milli komandasının heyətində iki oyun keçirib.

Xəbər lenti