Xəzər Xəbər

Azərbaycanda çalışmaq mənim üçün yeni çağırışdır Milan Obradoviç

İdman | 15:14 • 12 Yanvar 2019
Azərbaycanda çalışmaq mənim üçün yeni çağırışdır

Azərbaycanda çalışmaq mənim üçün yeni çağırışdır. Birlik nümayiş etdirib işləməliyik. Bu təyinat mənim gələcək karyeram üçün də böyük addımdır. Qarşıda bizi çətin oyunlar gözləyir. Artıq bu gündən işə başlamışıq. Mənə inanıb dəvət göndərən AFFA rəhbərliyinə, Məşqçilər Komitəsinə fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm. Əlbəttə, Azərbaycanda çalışmağıma şərait yaratdığına görə Serbiya Futbol Federasiyasına, mənə dəstək olan milli komandanın baş məşqçisi Mladen Krstaiçə də minnətdarlığımı bildirirəm.


Xezerxeber.az  xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına baş məşqçi vəzifəsinə təyin olunan Milan Obradoviç deyib.


Serbiyalı mütəxəssis bildirib ki, müasir dövrdə informasiya əldə etmək çox asandır. Azərbaycanın necə ölkə olduğunu çox gözəl bilirəm. Futbola gəldikdə, Azərbaycan milli komandasının oyunlarını izləmişəm. Bundan sonra ölkə futbolu haqda daha çox məlumatım olacaq. U-21 haqda geniş məlumatım yoxdur. Dediyim kimi, bu gündən işə başlamışam. Artıq bu yaşdakı futbolçuların siyahısı mənə təqdim olunub.


"Oyunlar çoxdur. Həm Premyer Liqa, həm də I Divizion oyunlarını izləyəcəyəm. İşimin tələbinə uyğun olaraq, Bakıda yaşayacağam, fasilə yarananda ailəmə baş çəkəcəyəm. Artıq hazırlıqlara başlamışıq. İyun ayınadək bütün planlarımız məlumdur. Mart ayında bir-iki yoxlama oyunu keçirməyi düşünürük. Seçmə mərhələnin oyunlarınadək komandanı formalaşdırmalıyıq”, - deyə mütəxəssis əlavə edib.


Köməkçilərinin həm yerli, həm də əcnəbi məşqçilər olacağını diqqətə çatdıran M.Obradoviç məşqçi heyətini özünün müəyyənləşdirdiyini vurğulayıb.

Xəbər lenti