Xəzər Xəbər

Kavani PSJ-ni Çin klubuna dəyişir?

İdman | 14:01 • 11 Yanvar 2019
Kavani PSJ-ni Çin klubuna dəyişir?

Edinson Kavani karyerasını Çində davam etdirməyə razılaşmayıb.

Uruqvay millisinin və PSJ-nin hücumçusu "Dalyan İfan”ın təklifini geri çevirib.

Asiyalılar müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq cənubi amerikalının transferində maraqlı olsa da, Edinson çinlilərin arzusunu gözündə qoyub. "Çelsi”si və "Atletiko” kimi klubların arzuladığı 31 yaşlı forvard menecerinə Avropada qalmaqda qərarlı olduğunu bildirib.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Kavani "Napoli”dən 64,5 milyon avroya transfer olunmuşdu. Bu müddətdə 265 oyuna çıxan hücumçu 183 qol vurub.

Fanat.Az

Xəbər lenti