Xəzər Xəbər

Tərlan Əhmədov daha bir futbolçuya qapını göstərdi

İdman | 12:48 • 10 Yanvar 2019
Tərlan Əhmədov daha bir futbolçuya qapını göstərdi

"Keşlə" mövsümün gedişində heyətinə cəlb etdiyi Samda Diallo Quydileye ilə yolları ayırıb.

Mavritaniya millisinin üzvünü alternativ variantı olmadığı üçün məcburiyyətdən oynadan baş məşqçi Tərlan Əhmədov ona planlarında olmadığını deyib. Bu səbəbdən də 29 yaşlı yarımmüdafiəçi ilə yollar ayrılıb.

Samba Diallo karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL, Türkiyənin "Gənclərbirliyi" komandalarında oynayıb.

Qeyd edək ki, "Keşlə"dən Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev və Orxan Sadıqlı da ayrılıb.

Xəbər lenti