Xəzər Xəbər

Riçard Almeyda "Qarabağ"da? FOTO

İdman | 15:16 • 9 Yanvar 2019
Riçard Almeyda "Qarabağ"da?

Riçard Almeyda "Qarabağ"a qayıdır.


Almaniyanın "Transfermarkt" saytı millimizin braziliyalı üzvünü Ağdam klubunun futbolçusu kimi təqdim edib.




Yayda "Astana"ya transfer olunan Riçardın Qazaxıstan klubu ilə yollarını ayıracağı gözlənilir. Buna səbəb "Astana"nın maliyyə problemləri ilə üzləşməsidi. Klubun bütün legionerləri ilə yollarını ayıracağı və yerli futbolçularla yola davam edəcəyi bildirilir. Belə bir məqamda Almeydanın da "Qarabağ"a dönüşü gözləniləndi. Baş məşqçi Qurban Qurbanov da onun xidmətində maraqlıdı.


Qeyd edək ki, Almeyda 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, yayda transfer olunduğu "Astana"da 11 oyun keçirib.


Fanat.Az

Xəbər lenti