Xəzər Xəbər

Putinə onun adı yazılmış yürüş dəbilqəsi hədiyyə edilib

İdman | 18:50 • 7 Dekabr 2018
Putinə onun adı yazılmış yürüş dəbilqəsi hədiyyə edilib

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) başçısı Jan Todt Rusiya Prezidenti Vladimir Putinə onun adı yazılmış yürüş dəbilqəsi hədiyyə edib.


Xezerxeber.az Rusiyanın Birinci kanalının rəsmi saytına istinadən xəbər verir ki, Jan Todt və Vladimir Putin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında "Şelkunçik” baletindən sonra görüşüblər. Onlar Rusiyada avtomobil idmanının inkişafından danışıblar. Sonra FIA prezidenti üzərində "V.Putin” yazılmış və Rusiyanın üçrəngli bayrağı çəkilmiş yürüş dəbilqəsini RF Prezidentinə təqdim edib.


V.Putin deyib: "Sağ olun ki, gəlmisiniz. Bizim üçün çox xoşdur ki, sizin iştirakınızla Rusiyada avtomobil idmanının inkişafından danışırıq. Diqqəti belə bir məsələyə cəlb etmək istəyirəm ki, biz nəinki Formula 1 keçiririk, həmçinin bizdə növbəti mərhələ var. Bilirsiniz ki, Peterburq ətrafında böyük, yaxşı avtomobil mərkəzi inşa edirik. Mən çox istərdim ki, ora gedəsiniz, öz qiymətinizi verəsiniz və avtomobil idmanını bundan sonra da inkişaf etdirə bilməyimiz üçün tövsiyələrinizi verəsiniz”.

Xəbər lenti