Xəzər Xəbər

"Fənərbaxça" Avcı ilə razılığa gəldi

İdman | 17:51 • 9 Noyabr 2018
"Fənərbaxça" Avcı ilə razılığa gəldi

"Fənərbaxça"nı yeni mövsümdən böyük ehtimalla "Başakşəhər"in baş məşqçisi Abdullah Avcı çalışdıracaq.

Türkyə mətbuatının yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub. İstanbul klubunun rəhbərliyi yeni mövsümdən komandanın başında məhz türk mütəxəssisi görmək istəyir.

Qeyd edək ki, A.Avcının çalışdırdığı "Başakşəhər" Türkiyə Superliqasında 24 xalla liderdir.

Xatırladaq ki, "Fənərbaxça" baş məşqçisi Filipp Kokunu istefaya göndərib. Komandanı müvəqqəti olaraq məşqçi Ervin Kuman çalışdırır.

Xəbər lenti