Xəzər Xəbər

İngiltərənin üç nəhəngi bir nəfərin dalınca düşüb

İdman | 17:23 • 9 Noyabr 2018
İngiltərənin üç nəhəngi bir nəfərin dalınca düşüb

Ündərlə İngiltərə klubları ilə yanaşı İspaniya və Almaniya klubları da maraqlanır

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər yayda klubu tərk edə bilər. Sputnik Azərbaycan "ESPN"-ə istinadən xəbər verir ki, türkiyəli oyunçu mövsümün sonunda İngiltərə çempionatına keçid edə bilər.

Ündərlə İngiltərənin "Mançester Siti", "Arsenal" və "Totenhem" klubları maraqlanır. Oyunçunun potensial transferi 40-50 milyon avro olaraq qiymətləndirir.

Ündərlə İngiltərə klubları ilə yanaşı İspaniya və Almaniya klubları da maraqlanır, oyunçunun özü isə İngiltərədə çıxış etmək istəyir. Cengiz Ündərin "Roma" ilə hələ 4 illik müqaviləsi olsa da oyunçu İtaliya təmsilçinin heyətində ən az qazanan oyunçulardandır. O, 1 ilə 1 milyon avro qazanıb.

Xəbər lenti