Xəzər Xəbər

Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? 4 namizəd

İdman | 16:48 • 9 Noyabr 2018
Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq?

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, namizədlər arasında Matye Valbuena ("Fənərbaxça"), Takumi Minamimo ("Zalsburq"), Kostas Fortunis ("Olimpiakos") və Miyat Qaçinoviç ("Ayntraxt") yer alıb.

Minamino het-trik, Fortunis dubl və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Xəbər lenti

Çox oxunanlar